sehiyye.info

Süd vəzindən əziyyət çəkənlərə ümumi tövsiyələr.

Süd vəzindən əziyyət çəkənlərə ümumi tövsiyələr.
ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR.

Süd vəziləri ilə bağlı şikayətlərə həkim tərəfindən xüsusi diqqətin yetirilməsini tələb olunur. Həkim süd vəzi xəstəliyinə elə yanaşmalıdır ki, bədxassəli süd vəzi xəstəlikləri tez müəyyən edilsin və müalicə olunsu. Eyni zamanda, həkimin yanaşması təmin etməlidir ki, xoşxassəli xəstəliklər də diqqətdən kənarda qalmasın.
Süd vəzi ilə əlaqədar şikayətləri olan xəstələrin müayinəsi mütləq anamnezin toplanması və fiziki müayinənin aparılmasından başlayır. Süd vəzi xəstəliyi ilə bağlı müayinə olunan xəstədə aşağıdakı dəyişikliklər müəyyən edilə bilər: süd vəzi daxilində əllənən şiş və ya qalın kütlə, döşün həcmi və ya görünüşünün dəyişməsi, döş ağrısı, döşün giləsindən drenaj və ya gilənin daxilə çevrilməsi və ya asimptomatik xəstədə mammoqrafiyada qeyri-normal tapıntılar. Süd vəzi problemindən şikayət edən xəstənin anamnezi iki hissədən ibarət olmalı və iki mühüm məsələyə aydınlıq gətirməlidir – xəstənin şikayətləri/narahatçılıqları və süd vəzi xərçəngi baxımından xəstənin malik olduğu risk faktorları. Anamnez zamanı xəstənin keçmiş tibbi və cərrahi tarixçəsi, qəbul etdiyi dərmanlar, allergiyaları barədə dolğun məlumat əldə edilməlidir.




Yeni yaranmış süd vəzi problemi ilə müraciyə etmiş və yaşı 30-dan yuxarı olan bütün qadınlarda ilk test kimi mammoqrafiya tətbiq edilməlidir. Hətta əgər yaxınlarda mammoqrafiya aparılıbsa və neqativ olubsa da belə, yeni fokal şikayətlə müraciət edən bütün qadınlarda təkrar mammoqrafiya əldə olunmalıdır. Yaşı 30-dan aşağı olan qadınlardan mammoqrafiya nadir hallarda əldə edilir. Lakin, süd vəzi törəməsinə şübhə olduqda gənc qadınlarda belə mammoqrafiyanın əldə edilməsi pis fikir hesab edilmir. Gənc qadınlarda süd vəzi toxumasının çox sıx olmasına baxmayaraq, bu yaş qrupundan olan xəstələrdə aparılan mammoqrafiyalarda bəzən anormal tapıntıları aşkar etmək mümkündür. Premenopauzada olan qadınlarda və həmçinin sıx süd vəzi toxumasına malik qadınların müayinəsində rəqəmli mammoqrafiya daha üstün hesab edilir.




Süd vəzinin fiziki müayinəsi boyun, döş qəfəsi divarı, hər iki süd vəzi və qoltuqaltıların müayinəsindən ibarətdir və ümumi fiziki müayinənin bir hissəsi kimi tətbiq edilməlidir. Premenopauzada olan qadınlarda süd vəzinin fiziki müayinəsininmenstrual siklin başlanmasından 7-9 gün sonra aparılması tövsiyə edilir. Bu dövrdə süd vəzləri daha az hormonal stimula məruz qalmış olur. Postmenopauzada olan qadınlarda və ya premenopauzada olan və kontraseptiv dərman qəbul edən qadınlarda fiziki müayinənin vaxtı elə bir əhəmiyyət kəsb etmir. Süd vəzinin müayinəsi xəstələrdə utanc hissi və ya xeyli dərəcədə həyacanlıq hissinə səbəb ola bilər və buna görə də, həkim müayinəni çox ehtiyyatla və düşüncə ilə aparmalıdır.




Süd vəzində şişin olması şikayəti həkimin praktikasında çox geniş rast gəlinir. Fibroadenomalar və kistalar ən geniş rast gəlinən xoşxassəli süd vəzi törəmələridir. 20-50 yaş arasında olan qadınlarında aşkar edilən törəmələrin 90%-nin xoşxassəli törəmələr olmasına baxmayaraq, süd vəzi xərçənginin istisna edilməsi xüsusi əhəmiyyət kəsb edir. Xəstənin daha yaşlı olması, anamnezdə süd vəzi xərçənginin olması və birinci dərəcəli qohumlarda süd vəzi xərçənginin rast gəlməsi, xəstədə aşkar edilmiş süd vəzi törəməsinin xərçəng olması riskini artırmış olur.




Süd vəzini örtən dəridə istənilən dəri patologiyası aşkar edilə bilər, lakin daha çox dəri rənginin dəyişikliyi və ekzematoz dəyişikliklər (məs., qabıqlama, xoralanma, dərinin batıqlanması, qalınlaşma və ya ödem) müşahidə edilir. Ağrı və ödemlə müşahidə edilən qızartı daha çox mastit və ya infeksiyalaşmış dəri patologiyaları ilə bağlı olur. Əgər dəri dəyişiklikləri ağrı ilə yanaşı müşahidə edilirsə və infeksiya riski yüksəkdirsə, bu zaman empirik antibiotiklə müalicəyə start verilməli və patologiyanın aradan qalxmasını təsdiq etmək üçün xəstələr təkrar müayinə edilməlidir. Əgər infeksiya antibiotiklərə cavab vermirsə, patoloji sahənin US müayinəsi altında iynə aspirasiyası aparılmalı və əldə olunmuş aspirat (maye) bakterioloji əkilməyə və qram yaxma üçün göndərilməlidir.



REKLAM