sehiyye.info

Almaniyada xəstəxanaya hücum: iki nəfər öldü, üç nəfər yaralandı

Almaniyada xəstəxanaya hücum: iki nəfər öldü, üç nəfər yaralandı
Almaniya polisi Lyuneburq şəhərindəki psixiatriya xəstəxanasına hücum zamanı 2 nəfərin öldüyü, daha 3 nəfərin yaralandığı barədə məlumat yayıb.

Sehiyye.infonun xarici mediaya istinadla verdiyi xəbərə görə, həftənin dördüncü günü müalicə üçün daxil olan 21 yaşlı kişi özündən yaşlı 2 kişi xəstəyə hücum etməkdə və onları öldürməkdə şübhəli bilinir.

O, eyni zamanda 3 tibb bacısını da yaralayıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Lyuneburq polisi hücum edənin saxlanılması haqda da məlumat yayıb.//lent.az



REKLAM