Koronavirusun ürəyə təsirinin 5 ƏLAMƏTİ
Koronavirus infeksiyasının ağırlaşma mərhələsi arxada qalsa da orqanizmə, xüsusən ürəyə mənfi təsir edə bilər.
Sehiyye.info Publika.aza istinadla xəbər verir ki, COVID-19-dan sonra ürək çatışmazlığı bütün ağır xəstələrdə və yaşlılarda eyni formada müşahidə edilməyə bilir.
Bəs, koronavirusun ürəyə təsir etdiyini göstərən əlamətlər hansılardır?
Asteniya
Fiziki yorğunluğun hiss edilməsi, ürəyin sürətli və nizamsız döyünməsi.
Aşağı təzyiq
Miyokardit zamanı ürəy döyüntüsünün zəifləməsi orqanın böyüməsinə və qan dövranının pozulmasına səbəb olur. Bu da qan təzyiqinin ani bir şəkildə düşməsinə və ürəyin şişməsinə səbəb ola bilər.
Sinə ağrısı
Sinə ağrısı ağciyər funksiyasının azalması, nəfəs darlığı və ürək problemləri ilə əlaqələndirilə bilər. COVID-19-a yoluxan zaman ürək tənəffüs problemləri səbəbiylə oksigenli qan çatışmazlığı yaşayır. Bu da hüceyrələrə zərər verir və şiddətli sinə ağrısı ilə müşayiət olunur.
Mavi rəngli dəri tonu
Dodaqlar və ya üzün dərisi mavi rəngə boyana bilər.
Başgicəllənmə
Bəzi tədqiqatçılar koronavirus infeksiyasının postural ortostatik taxikardiya sindromuna da səbəb ola biləcəyinə inanırlar. Bu problem sinir sisteminin disfunksiyası ilə xarakterizə olunur ki, bu da ürəyin döyünmə dərəcəsi və qan təzyiqində qeyri-adi bir tarazlığa səbəb olur. Taxikardiya başgicəllənmə, nizamsız ürək atışı və ümumi zəiflik kimi simptomlarla özünü göstərə bilər.