sehiyye.info

Gənc bir il ərzində xərçəng, sepsis, meningit və koronavirusu məğlub etdi - FOTO

Gənc bir il ərzində xərçəng, sepsis, meningit və koronavirusu məğlub etdi - FOTO
İngiltərənin Blekpul şəhərindən olan gənc 2020-ci ildə xərçəng, sepsis, meningit və koronavirusu məğlub edib.

Bu barədə “Daily Star” xəbər verir.

2019-cu ilin oktyabrında Neten Kamminqs iş yerində olarkən tarazlığını itirərək yıxılıb. Xəstəxanaya yerləşdirilən gəncə medulloblastoma (bədxassəli beyin şişi) diaqnozu qoyulub.

Həkimlər təcili olaraq riskli bir əməliyyat edərək, onun başından tennis topu boyda olan şişin 90 faizini çıxardıblar.

Həkimlər şişin dərinə nüfuz etdiyi üçün onun iflic və lal qala biləcəyini, hətta ölüm riski olduğunu bildirmişdilər. Buna baxmayaraq, gənc əməliyyatdan iki gün sonra yeriməyə başlayıb.

Ancaq dekabrın 30-da Kamminqs 24 yaşını qeyd edərkən meningitdən ölmə təhlükəsi ilə üzləşir. Daha sonra 2020-ci ilin yanvar və mart aylarında kimyəvi terapiya zamanı iki dəfə sepsis keçirdir.

2021-ci ilin yanvarında gənc yenidən meningit xəstəsi olur, bir həftə sonra isə ona koronavirus diaqnozu qoyulur. Ancaq dörd gündən sonra Kamminqsin vəziyyəti yaxşılaşır.

İngiltərəli gənc bu qədər xəstəliyi niyə yaşadığını anlamadığını deyir, amma müsbət əhvalını saxlayır və digər insanları əsla təslim olmamağa təşviq edir.

“Bu bir il cəhənnəm idi. Xərçənglə mübarizə, kimyəvi terapiya, meningit, sepsis və katarakt. Qəribədir ki, koronavirusdan heç bir əlavə problem olmadan xilas olmağı bacardım”, - deyə o, bildirir.

Bundan sonra gənc hər üç aydan bir müayinədən keçməlidir ki, şişin böyüyüb-böyümədiyinə nəzarət edə bilsin.//oxu.az

REKLAM