sehiyye.info

Mütəxəssislərdən "Nipah" virusuna qarşı xəbərdarlıq

Mütəxəssislərdən "Nipah" virusuna qarşı xəbərdarlıq
Bütün dünyan əhalisinin koronavirusa qarşı mübarizə apardığı bir vaxtda mütəxəssislər insanlara “Nipah” virusu ilə bağlı xəbərdarlıq ediblər.
Sehiyye.info xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu virus insanlarda hərarət, baş və əzələ ağrısı kimi simptomlarla özünü biruzə verir. Bundan başqa, tənəffüs problemlərinə, beyin iltihabına da gətirib çıxara bilir.

“Nipah” insanlara yarasalardan, donuzlardan yaxud da natəmiz qidalardan keçə bilər. Bu virusa yoluxan şəxs daşıyıcı hesab olunur və başqalarını da yoluxdura bilir.

Mütəxəssislərin sözlərinə görə, virusun ən əsas daşıyıcısı böyük yarasalardır. “Nipah” Ümumdünya Səhiyyə Təşkilatının bəşəriyyət üçün ən təhlükəli virusları siyahısına daxil edilib. Onun peyvəndi ya da hər hansı bir müalicəsi mövcud deyil.//axsam.az



REKLAM