sehiyye.info

Onurğa problemi

Onurğa problemi

İnformasiya texnologiyaları əsrində yaşamağımızla fəxr etsək də, nəticədə sağlamlığımız təhlükə altındadır. Hələ xəbərimiz yoxdur. Statistikaya görə, hər dörd, bəzən də üç nəfərdən biri bel ağrısından şikayətlənir. Xüsusiylə, oturaq iş formatı zamanla canımızdan olmağa yol açır. Peşə xəstəlikləri deyilən xüsusi sənət sahələri var: zərgərlik, dərzilik, pinəçilik, sürücülük... Son 20 ildə bu sənət arasına kompyüter qarşısında vəzifəsini yerinə yetirən müxtəlif sahələr də əlavə olunub. Belə iş-güc sahibləri bel ağılarından şikayətlənirlər. Bəs saatlarla oturaq işə "məhkum olan" belə insanlar zərərin yarısından necə dönə bilərlər?

Doğru oturmaq, yerimək gözəl qamət yaradır

Mütəxəsislər onurğa sütunu problemlərinin hələ uşaq yaşlarından "pöhrələndiyini" deyirlər. Məktəbdə parta, evdə stol arxasında doğru şəkildə oturmamaq, hərəkətsizlik, xüsusi dartınma idmanlarını etməmək buna səbəb ola bilir. Valideynlərin nəzarəti xüsusi rol oynayır. Bəzən uşaqların yalnış hərəkətləri dayaq sisteminə mənfi təsir göstərir. Gələcəkdə bel əyriliyi, onurğa sütunu xəstəliklərin meydana gəlməsinə səbəb olur."Körpənin 4-5 aylığından yeridilməsi, yaxud əyləşməyə məcbur edilməsi çox yalnışdır. Bu zaman onurğa sütununda ciddi problemlər meydana gələ bilər".
Bel yırtığı nədir?
Məlum olduğu kimi, onurğa sütunu 33 fəqərədən ibarətdir. Onurğa sütunu fəqərələri arasındakı kanalda həyatımız üçün vacib olan onurğa beyni yerləşir. Məlumdur ki, bu hissənin travma alması nəticəsində insan müxtəlif orqanlarından(xüsusən ətrafların hərəkətindən) məhrum ola bilər.

Hazırda xüsusən gənclərdə və orta nəsildə onurğa sütundakı problemlər çoxluq təşkil edir. Bəzən bu problemlər əməliyyat stolunda həll edilmək kimi vəziyyətə çatır. El arasında bel "qrija"sı kimi tanınan, bel yırtığı da onurğa sütünu xəstəliyinin ən ağırlarındandır. Fəqərəarası disklərin elastik quruluşa malik olması onurğanın hərəkətliliyini və yüklənməyə qarşı davamlılığına xidmət edir. Disklərin iç hissəsində (pulpoz nüvə) jeleyebənzər sahə, çöl səthində isə (filroz həlqə) xüsusi təbəqə var. Bu nizamlılıq pozulduğunda qorxduğumuz "qrija" meydana gəlir. Bel yırtığı özü də bir neçə mərhələni keçdikdən sonra ortaya çıxır. Şərt odur ki, əvvəlki mərhələdə onun qarşısı alınsın.
"Onurga sütunun qayğısına qalmaq istəyən üzsün"
Üzgüçülük ürəyin fəaliyyətini bərpa edir, qan dövranını aktivləşdirir, orqanizmdəki durğunluğu aradan qaldırır. Bədənin müqavimətini artırır, qamətin doğru qalmasına kömək edir. Müasir dövrün stress, depressiya kimi bəlasının aradan qalxmasına kömək edir. Hamiləlikdən sonra bel ağrılarından şikayət edən xanımların üzgüçülüklə məşğul olması gərəkdir. Suyun ağırlığı bədəni açır, nəticədə həm də enerji, kalori itir. Dərmandan qaçmaq lazımdır. Vaxtında onurğa sütununun qayğısına qalmayan insanlar, əməliyyat olunsalar belə, gələcəkdə yarıcan qalırlar".



REKLAM