sehiyye.info

İki cinsiyyət orqanının olduğunu 19 yaşında öyrənən qız dəhşətə gəldi

İki cinsiyyət orqanının olduğunu 19 yaşında öyrənən qız dəhşətə gəldi
İngiltərənin Kent qraflığında yaşayan yeniyetmə qız iki cinsiyyət orqanının olduğunu illər sonra bilib.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, Molly-Rose Taylor 19 yaşında iki cinsiyyət orqanının olduğunu öyrənib.

9 yaşından bəri şiddətli ağrılar keçirən qızın iki cinsiyyət orqanına sahib olduğunu həkimlər bu vaxta qədər müəyyənləşdirə bilməyiblər. Ona 4 dəfə yanlış diqanoz qoyulub.

Həkimlərin ona "çarə" tapmadığını görən Molli Rouz Teylor özü internetdə araşdırma aparmağa başlayıb "xəstəliy"ini tapdıqdan sonra öz hekayəsini sosial şəbəkələrdə bölüşüb.

"9 yaşımdan etibarən menstruasiya zamanı şiddətli ağrılarım olurdu. Dəfələrlə ağrının təsirindən huşumu itirirdim. Həkimlər bunu yaşımın azlığı ilə əlaqələndirərək bədənimin müqavimətinin zəif olduğunu deyirdilər. Amma sonradan məlum oldu ki, iki cinsiyyət orqanım olduğuna görə, eyni vaxtda iki dəfə menstruasiya keçirirmişəm", - Molli Rouz Teylor söyləyib.

Qeyd edək ki, 2017-ci ilin avqust ayında London xəstəxanasında keçirilən əməliyyatla Mollinin ikinci cinsiyyət orqanı götürülüb.//milli.az



REKLAM