Tanınmış kosmetoloq koronavirusdan vəfat etdi
Tanınmış həkim-kosmetoloq Fəridə Məmmədova koronavirusdan vəfat edib.
Sehiyye.info xəbər verir ki, ona bir neçə gün bundan əvvəl “COVID-19” diaqnozu qoyulub. Kosmetoloqun vəziyyəti ağırlaşıb və o dünyasını dəyişib.
Qeyd edək ki, F. Məmmədova Sumqayıtda məşhur gözəllik mərkəzinin rəhbəri olub. O, ekspert kimi tez-tez verilişlərdə tamaşaçı qarşısına çıxıb.