sehiyye.info

Koronavirus xəstəsi dua edən palata yoldaşını öldürdü

Koronavirus xəstəsi dua edən palata yoldaşını öldürdü
Kaliforniyada COVID-19 xəstəsi yaşlı palata yoldaşını dua etdiyinə görə öldürüb.

Sehiyye.info xarici KİV-ə istinadla bildirir ki, hadisə dekabrın 17-də səhər Kaliforbiyanın Lankaster şəhərindəki xəstəxanalardan birində baş verib.

Müstəntiqin versiyasına görə, COVID-19-da müalicə olunan 37 yaşlı Cessi Martines 82 yaşlı qonşusuna dua etdiyinə görə oksigen balonu ilə zərbə vurub. Yaşlı koronavirus xəstəsi növbəti gün vəfar edib. Onlar xəstəxanaya yerləşdirilənə qədər tanış olmayıblar.//lent.az



REKLAM