sehiyye.info

Doğumuna 10 gün qalmış koronavirusa yaxalandı.Körpə anasız qaldı.

Doğumuna 10 gün qalmış koronavirusa yaxalandı.Körpə anasız qaldı.
Koronavirus can almaqda davam edir.Xatırladırıq ki,son günlər ərzində Türkiyədə Koronavirusdan ölənlərin sayı kəskin artıb.
Doğuşdan 10 gün əvvəl korona virusuna yoluxmuş 26 yaşlı Aslı Türkün körpəsi Türkiyədə Dənizli vilayətində qeysəriyyə yolu ilə dünyaya gəlmişdir. Ana reanimasiyada həyatını itirdi. Yağmur körpəsi anasız qaldı.
Sehiyye.info türk mediasına istinadən xəbər verir ki,Dənizlinin Tavas rayonunun Pınarlar Məhəlləsində yaşayan 26 yaşlı Aslı Türk, hamiləliyinin son dövründə korona virusunu tutdu. Doğuşdan on gün əvvəl vəziyyəti ağırlaşan ana xəstəxanaya yerləşdirildi. Dənizli Dövlət Xəstəxanasında aparılan əməliyyatla körpə ana bətnindən qeysəriyyə əməliyyatı ilə alınsa da, ananın vəziyyəti pisləşdi. Aslı Türk üç həftədən sonra reanimasiyada həyatını itirdi.



REKLAM