Bu süd məhsullarını qəti almayın.
Bildiyiniz kimi ağartı məhsulları əsasən kalsium və digər xeyirli maddələrlə zəngindir.Ona görə də hər kəs bu məhsulların qəbul olunmasını zəruri sayır.
Lakin,sərt karantin rejimi tətbiq olunandan sonra bəzi müəssisələr iş fəaliyyətini məhdudlaşdırıb.Yəni vaxtlı vaxtında ərzaq məhsullarını mağazalardan yığmaq və ya dəyişmək çətinləşib.Ona görə də,mağazalarda müxtəlif ərzaq məhsullarının istehlak tarixinin keçməsi və həmin məhsulların istifadyə yararsız olduğu məlum olub.Bu kimi məhsullardan bir neçəsi Rəsulzadə qəs.Biləcəri şoss.54-də istehsal olunan süd məhsullarıdır.Məmmədoğlu firmasına məxsus olan bu məhsulların vaxtı keçmiş olduğundan insan həyatı üçün təhlükəlidir.Tərkibi məlum olmayan bu məhsulların keyfiyyəti və satışı müəyyən suallar ortaya çıxardır.
Şikayətçi aldığı məhsulun istehlak vaxtının 4 -5 ötdüyünü və acı tam verdiyini qeyd edib.Adı çəkilən müəssisəyə zəng etsək də ,telefona cavab verən olmadı.Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlayıb məsələyə aydınlıq gətirməyi düşünürük.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.