sehiyye.info

COVID-19 xəstələri necə qidalanmalıdır? - İçkilərin ən gözəli adi sudur, içərisinə limon sıxın ki...

COVID-19 xəstələri necə qidalanmalıdır? - İçkilərin ən gözəli adi sudur, içərisinə limon sıxın ki...
Qidalar mütləq təzə olmalıdır. Yaxşı olar ki, ev yeməyi olsun. Əgər güvəndiyiniz restorandan yemək sifariş edirsizsə, çatdırılma xidmətinin də keyfiyyətinə fikir verin. Qida 60 dərəcədən yuxarı və 5 dərəcədən aşağı temperaturda təhlükəsiz sayılır.

Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, kovid xəstələri duzlu yeməkləri rasiondan çıxartmalıdır:

“Yeməkdə duz azaldılmalıdır. Gündəlik 5 gramdan az duz istifadə olunmalıdır. Bu xəstəlikdə ən pis qidalar duzlu qidalardır, məlumatınız olsun.

Məşhur həkimdən koronavirus xəstələrinə TÖVSİYƏ

Şiriniyyat olmaz. Gündəlik enerjinin cəmi 5%-i şiriniyyatdan gəlməlidi. Əgər ürəyiniz şirin nəsə istəyirsə, təzə meyvə yeyin. Meyvələrdən banan daha çox məsləhətdir, amma xəstədə böyrək çatışmazlığı varsa, banan olmaz.

Çalışın qızartma yeməklər yeməyəsiz, sulu yeməklərə üstünlük verin. Qırmızı ət, yağlı ət məsləhət deyil. Yaxşı olar ki, dərisiz toyuq əti supu, buxarda bişmiş balıq əti olsun. Toyuq supunun qrip əleyhinə, iltihab əleyhinə təsiri var, antineytrofil təsiri soyuq xəstəliklərinin simptomlarını azaldır. Kovidə qarşı təsiri, antineytofil olduğuna görə ikincili bakterial infeksiya riskini artırıb artırmaması isə hələ öyrənilir.

Tərəvəzi artırın. Amma sizə köp verən qidaları yeməyin, tənəffüsünüz daha da çətinləşməsin.

Çuğundur, nar suyu içməyi tövsiyyə edirəm.

Evdə fiziki aktiv olun. Otaqda olsanız belə içəridə çoxlu gəzişməyə çalışın.

Koffeinli, spirtli içkilər, olmaz. İçkilərin ən gözəli adi sudur, içərisinə limon sıxın ki, bol miqdarda içə biləsiz.

Doşab, zoğal, moruq mürəbbəsi, kəklikotu çayını unutmayın. Yuxarıda yazdıqlarım yüngül və orta ağırlıqlı xəstələr üçündür”.

Həkim daha sonra xəstəxanada yatan xəstələr üçün aşağıdakıları nəzərə almağı məsləhət görür:

“Xəstəxanada yatanlarda karbon qazı istehsalını çoxaldan karbohidratı azaldıb əksinə yağ qəbulunu artırmalıdırlar. Karbohidratların parçalanma məhsulu su və CO2-dir. Ağır xəstələrdə karbon qazının da ağciyərdən atılması çətinləşir. Oksigenizasiyanı artırmaq üçün süni tənəffüs parametrləri karbon qazının qanda artmasına səbəb olduğunu xatırladıram. Bu fakt zondla enteral qidalanan və parenteral qidalanan xəstələrdə də nəzərə alınmalıdı.

Əgər ağır xəstələrdə qanda albumin miqdarı aşağı düşürsə, bədəndə çoxsaylı nahiyələrdə ödem əmələ gəlir, o cümlədən ağciyərdə ödem artır. Xəstələrə çoxlu miqdarda bahalı albumin pereparatı köçürülsə də, qanda albumin miqdarı artmır. Bu, ona görə baş verir ki, ağır xəstələrdə metabolizmin istiqaməti katabolizmə doğrudur. Xəstələr çox arıqlayır, amma ətraflarda ödem artır. Zülal sintezini bu tip ağır xəstələrdə artırmasanız, verdiyiniz zülallı qidalar bir işə yaramaz. Protein tozlarından, anabolik steroidlərdən istifadə etmək olar”.



REKLAM