"Özümü itirmişəm" - Sevdanın həkim həyat yoldaşı - FOTO
Müğənni Sevda Yəhyayevanın həkim həyat yoldaşı Zakir sosial mediadakı paylaşımı ilə diqqət çəkib.
Sehiyye.info xəbər verir ki, Zakir "İnstagram" hesabında yeni fotosunu paylaşıb. Onun paylaşıma yazdığı sözlər diqqət çəkib:
"Başa düşürsüzmü ki, Yeni ilə az qalıb? Bu fakt qarşısında özümü itirmişəm. Vaxtın uçduğunu demək çox primitiv olar, lakin artıq nəsə hətta uçmur, "fitildəyir"".
Qeyd edək ki, Sevda və Zakir cütlüyü ölkədəki karantin rejimi ilə əlaqədar olaraq toy etmədən nikah ediblər.//Big.az