sehiyye.info

"Bu dərmanlar orqanizmi zəiflədir!" - Həkim radioloqdan tövsiyələr

"Bu dərmanlar orqanizmi zəiflədir!" - Həkim radioloqdan tövsiyələr
ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev "facebook" hesabından koronavirusa yoluxduğunu düşünən, testi pozitiv nəticə verən və ümumiyyətlə səhhətində narahatlıq olan insanlara bəzi tövsiyələr verib.
Sehiyye.info həmin yazını təqdim edir:
"Covid-19-a yoluxma halları çox artıb, əksər insanlar panikadadır, tövsiyələrimiz:
1. Qorxmayın! Qorxu, panika, stress immun sistemi çox zəiflədir!
2. 80-90%-ə qədər insanlar bu xəstəliyi yüngül keçirir.
3. Temperatur 38,5-dən azdırsa, ciddi halsızlıq, boğulma, təngnəfəslik yoxdursa, KT müayinəsində ağciyərlərdə buzlu şüşə mənzərəsi 15%-dən azdırsa antibiotiklər, deksametazon qəbul etməyin, sistemlər qoşdurmayın!
4. Bu dərmanlar orqanizmi zəiflədir!
5. Nə qədər xəstələr bunları lazım olmadığı halda edib özlərini ağırlaşdırıblar!
6. Başağrısı, boğaz qıcıqlanması, əzələ ağrıları, burun qıcıqlanması, temperaturun 38,5-ə qədər yüksəlməsi, yüngül halsızlıq, iybilmə və dadbilmə hisslərinin pozulması, yüngül öskürək xəstəliyin yüngül əlamətləridir qorxmayın!
7. Bu yüngül əlamətlər olduqda əgər şəkərli diabet, hipertoniya, orqan transplantasiyası və yanaşı ağır xəstəliyiniz yoxdursa limon, çoxlu zoğal, moruq mürəbbəli çay, soğan sarımsaq və günəş az olduğu üçün vitamin "D" qəbul edə bilərsiz profilaktik dozada.
8. Yox əgər temperatur 38,5-dən çoxdursa, boğulma, təngnəfəslik, KT müayinəsində buzlu şüşə 20% və daha çoxdursa, şəkərli diabet və ya yanaşı ağır xəstəliyiniz varsa özbaşına müalicələr etməyin, ya təcili yardıma zəng edin, ya da COVID19-la məşğul olan həkimlə məsləhətləşin!
9. Tibbi maska geyinək, ara məsafəsi saxlayaq, əl ilə görüşməyək, öpüşməyək, qucaqlaşmayaq, əl gigiyenasına riayət edək!"//yeniavaz
"Bu dərmanlar orqanizmi zəiflədir!" - Həkim radioloqdan tövsiyələr



REKLAM