HERBA MEDİCAL TİBB MƏRKƏZİ XİDMƏTİNİZDƏDİR.
2019 -cu ilin avqustun 1-dən Bakının, Bəşir Bünyatov küç, 1N ünvanında Herba Medical Tibb Mərkəzi fəaliyyətə başlamışdır.
Mərkəzdə terapiya, kardiologiya, nevropatologiya, qastroenterologiya,
dermatologiya, urologiya, ginekologiya, pediatriya, fizioterapiya, USM( ultrasəs
müayinəsi), laboratoriya ilə yanaşı fitoterapiya, osteopatiya, iqloterapiya,
müalicəvi massaj, hicama və hirudoterapiya (zəli ilə müalicə) fəaliyyəti də təşkil
olunmuşdur.
Klinikada müasir təbabətin elmi nailiyyətləri ilə yanaşı, xalq təbabətinin müalicə metodları da uğurla tətbiq edilir.
Əhali arasında Çek ap mədəniyyətinin formalaşmasına səy göstərir. Bunun üçün
xüsusi aksiyaların keçirilməsini, xarici ölkələrdən təcrübəli
həkimləri dəvət etməyi, onların təcrübəsindən istifadə etməyi
planlaşdırır. Yaxın gələcəkdə mərkəzdə arıqlama mərkəzinin təşkili, müalicəvi
gimnastika və bitki vannalarının tətbiqi də həyata keçiriləcək.
Mərkəzə pasiyentlərin rahat gəlişi üçün Koroğlu metrosundan
buraya xüsusi nəqliyyat işləyir.
Əlaqə: +994124096235;
+994553042679