Uşaqların koronavirusu ən ağır keçirdiyi yaş dövrü açıqlandı
Koronavirusun ağır forması əsasən bir yaşadək uşaqlarda qeydə alınır.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Federal Dövlət Büdcə İnstitutunun tədqiqat işləri üzrə direktor müavini Aleksandr Qorelov bəyan edib.
Onun sözlərinə görə, uşaqların yarısı virusu yüngül formada, 1/3-də simptomsuz keçir.
“Ağır və orta dərəcədə forma əsasən bir yaşa qədər uşaqlarda qeydə alınır. Üç yaşdan yuxarı uşaqlarda əsasən xəstəliyin yüngül və orta formaları qeydə alınır”, - Qorelov vurğulayıb.
Bundan əvvəl Rusiya Pediatrlar Şurasının İcra Komitəsinin rəhbəri Leyla Namazova-Baranova uşaqlarda koronavirusun təhlükəli nəticələri barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, koronavirusdan sağalan uşaqların 30 faizində idrak funksiyalarında azalma, oğlanların spermatogenezində isə ciddi dəyişiklik müəyyən olunub ki, bu da aşağı fertilliklə nəticələnə (nəsilvermə) bilər.//oxu.az