Koronavirus pandemiyası nə qədər davam edəcək?
Rusiya Səhiyyə Nazirliyinin baş pulmonoloqu Sergey Avdeyev koronavirus pandemiyasının nə qədər davam edəcəyini açıqlayıb.
Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim açıqlamasında "ən azı bir il qeyri-adi şəraitdə yaşamalıyıq" deyib. Pulmonoloq vurğulayıb ki, koronavirus yoluxmalarının artması ilə bağlı hazırkı vəziyyətdə qeyri-adi bir şey yoxdur, payızda artımın olacağı gözlənilirdi. Mütəxəssis əlavə edib ki, yeni müalicə üsulları ortaya çıxıb, lakin diaqnostika və infeksiya baxımından çox şey dəyişməyib.
Avdeyev yeni tədqiqatlar və məlumatlar daima ortaya çıxdığından koronavirus üçün hələ dəqiq müalicə üsulu olmadığını da qeyd edib. Buna baxmayaraq, həkimlərin təcrübə qazandığını, terapiya metodları və lazımi dərmanlar haqqında yeni qənaətlər əldə olunduğunu da xatırladıb.//Publika.az