sehiyye.info

Azərbaycanda üç nadir beta-talassimik mutasiya aşkar edilib

Azərbaycanda üç nadir beta-talassimik mutasiya aşkar edilib
Tibb sahəsində B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya İnstitutunda talassemiyanın molekulyar əsaslarının tədqiqi nəticəsində Azərbaycanda ilk dəfə rast gəlinən üç nadir beta-talassimik mutasiya aşkar edilib.

Sehiyye.info “Report”a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Sənəddə həmçinin Zaqafqaziyada ilk dəfə olaraq alfa-talassemiyanın genotiplərinin müəyyən edildiyi bildirilib.

Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.



REKLAM