Alimlər koronavirusun zərərsizləşdiricisini tapdılar
ABŞ-ın Pittsburq Universitetinin alimləri koronavirusu tamamilə zərərsizləşdirməyə qadir olan zülalı aşkarlayıblar.
Sehiyye.info xəbər verir ki, müvafiq tədqiqatın nəticəsi "Cell" jurnalında dərc edilib.
Qeyd edilir ki, söhbət COVID-19-a qarşı “Ab8” preparatının yaradılması üçün istifadə edilən antiteldən 10 dəfə kiçik olan zülali birləşmədən gedir.
Alimlər kiçik zülalın toxumalara yayılma qabiliyyətinin daha yüksək olduğunu və bunun virusun zərərsizləşdirilməsi üçün daha yaxşı olduğunu söyləyiblər.
Həmçinin bildirilir ki, onun molekulları insan hüceyrələrinə bağlanmır, bu da əlavə mənfi təsirləri minimallaşdırmağa imkan verir.//report