sehiyye.info

"Bu il Tibb Universitetində qəbul planı 190 yer artıb" - Məleykə Abbaszadə - YENİLƏNİB

"Bu il Tibb Universitetində qəbul planı 190 yer artıb" - Məleykə Abbaszadə - YENİLƏNİB
“Keçən il IV qrupda 600 baldan yuxarı nəticə göstərən 378 nəfər idi, bu il 356-dır”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, keçən il bu qrup üzrə 1082 nəfər 500-dən yuxarı bal toplayıb, bu il onların sayı 1022 nəfər olub. Tibb Universiteti üçün ötən il ümumi plan yeri 785 idi, bu il ümumi 975-dir, 190 yer artıb. Bura hərbi həkim işi və əczaçılıq da daxildir.



REKLAM