sehiyye.info

Övladlığa götürülən uşaqlara görə müavinət veriləcək – LAYİHƏ

Övladlığa götürülən uşaqlara görə müavinət veriləcək – LAYİHƏ
Azərbaycanda övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət verilməsi nəzərdə tutulur.

Sehiyye.infonun xəbərinə görə, bununla bağlı “Sosial müavinətlər haqqında” qanunun 4-cü, 5-ci və 7-ci maddələrinə dəyişiklik təklif olunur.

Statistika göstərir ki, ölkə üzrə övladlığa götürmə ilə bağlı müraciətlərin az bir hissəsi 3 yaşdan yuxarı uşaqların övladlığa götürülməsi ilə əlaqədardır. Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlər də çox aşağı səviyyədədir.

Sənəddə bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə uşaqların mütləq əksəriyyəti 3 yaşdan yuxarıdır.

Layihəyə əsasən, övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə veriləcək.

Sənəddə bildirilib ki, bu, övladlığa götürülməsi üçün az müraciət olunan uşaqlara aiddir.

Həmin müavinətin alınması üçün uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edilməlidir.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə uşaqların mütləq əksəriyyəti 3 yaşdan yuxarıdır.

Layihə qəbul olunduğu təqdirdə bu müavinətlər 2021-ci ilin yanvarın 1-dən müvafiq şəxslərə təyin olunacaq. //Oxu.az



REKLAM