sehiyye.info

Rusiyada “Espirus” dərmanı satışdan çıxarılıb

Rusiyada “Espirus” dərmanı satışdan çıxarılıb

Rusiya Səhiyyə Sahəsinə Nəzarət Federal Xidməti tərkibində fenspiridum olan “Espirus” dərmanını satışdan çıxarıb.

Sehiyye.info AZƏRTAC a istinadən xəbər verir ki, dərmanın həm həb, həm də maye halında olan növlərinin satışı qadağan edilib. Xidmətin yaydığı məlumata görə, Fransada aparılmış tədqiqatlar göstərib ki, dərmanın tərkibində olan fenspiridum ürək fəaliyyətində problemlər yaradır, nəbzin pozulmasına səbəb olur.

“Espirus” qrip və bronxitin müalicəsi üçün nəzərdə tutulub.



REKLAM