sehiyye.info

Qədim Tibet üsulu ilə orqanizmin təmizlənməsi

Qədim Tibet üsulu ilə orqanizmin təmizlənməsi
Yaşadığımız həyatda hər gün yüzlərlə kimyəvi maddənin təsirinə məruz qalırıq. Qəbul edilən qidalardakı konservant və rəngləyici qatqılar, havadakı tüstü və zəhərli qazlar, siqaret və spirtli içkilər hüceyrələri zədələyir, müxtəlif xəstəliklərə və vaxtından əvvəl yaşlanmaya səbəb olur. Ona görə də vaxtaşırı orqanizmi təmizləmək və hüceyrələrin yenilənməsini sürətləndirmək lazımdır. Orqanizmin duz və yağlardan təmizlənlməsi, maddələr mübadiləsinin yaxşılaşdırılması, qan damarlarının elastikliyinin artırılması, miokard infarktı və insult riskini azaldılması, görmə qabiliyyətini yaxşılaşdırılması cavanlaşmanın ən vacib elementləridir.

Sehiyye.info xəbər verir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu Tibet təbabətinə aid olan həmin reseptlərdən birini təqdim edir.

Həmin reseptə əsasən qabıqdan təmzilənmiş 200 qram sarımsaq taxta həvəngdəstədə əzilir, gil və ya şüşə qaba yerləşdirilir, üzərinə 200 ml 70 faizli spirt əlavə olunur, qabın ağzı kip bağlanır, 10 gün qaranlıq yerdə saxlanılır, sonra bez parçadan süzülür. Sarımsaq cövhəri 50 ml südlə qəbul edilir. Birinci gün səhər 1, günorta 2, axşam 3, ikinci gün səhər 4, günorta 5, axşam 6 damcı qəbul edilərək 5-ci gün qəbul edilən damcıların miqdarı 15-ə çatır, 6-cı gün səhər 15 damcı, günorta 14, axşam 12 damcı qəbul edilməyə başlayır və hər dəfə azaldılaraq 10-cu gün axşam bir damcı qəbul edilir.

Bundan sonra cövhər qurtarana qədər gündə 3 dəfə 25 damcı qəbul edilir. Müalicə kursu 5 ildən bir təkrar oluna bilər.



REKLAM