sehiyye.info

Gözəlliyi və gəncliyi qoruyan məhsulun adı açıqlanıb

Gözəlliyi və gəncliyi qoruyan məhsulun adı açıqlanıb
Ananas yemək dişlərin, sümüklərin, saçların və dırnaqların sağlam qalmasına kömək edir.

Sehiyye.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Seçenov Universitetinin Fərdiləşdirilmiş Tibb İnstitutunun sağlamlıq idarəetmə klinikasının həkim-dietoloqu Natalya Puqaçova “Moskva” Şəhər Xəbərləri Agentliyinə açıqlamasında bildirib.

O qeyd edib ki, tərkibində silisium olduğuna görə, ananası gəncliyin və gözəlliyin məhsulu kimi təsnif etmək olar.

“Bundan əlavə, ananas orqanizmdə molekulyar səviyyədə enerji mübadiləsini və qanda normal qlükoza səviyyəsini saxlayan manqan maddəsi ilə də zəngindir. Ananas həmçinin antioksidan və antiinflamatuar xüsusiyyətlərə malikdir. Bromelain adlı ferment zülalın amin turşularına parçalanmasına kömək edir və bu, həzmi yaxşılaşdırmağa yardım göstərir. Meyvə turşuları mədə şirəsi istehsalına kömək edir və bu da bağırsağın düzgün işini qurur”, - həkim deyib.

N.Puqaçova bildirib ki, gündə təxminən 200 qram təzə ananas yemək və ya 200 millilitr ananas şirəsi içmək olar.//report



REKLAM