Tanınmış həkimin oğlu,ailəsini təhqir etdiyinə görə polisdən çıxarılıb.
Dünən Daxili İşlər Naziri Vilayət Eyvazovun əmrilə polis sıralarından xaric olunan cavan oğlan,tanınmış həkim ginekoloq Natella Səfərovanın oğludur.
O nənəsilə mübahisə edərək ailə zəminində kobud ifadələr işlədərək anası və nənəsini təhqir edib.Bu hadisəni telefona çəkim sosial şəbəkədə yerləşdirdikdən sonra onun polis orqanlarında çalışdığı məlum olub.Bundan sonra Nazir onun bu hərəkətini polisə yaraşmayan kobud hərəkət kimi qiymətləndirərək onu işdən azad edib.
Xatırladırıq ki,Natella Səfərova Bir müddət Kazaxstanda oxuyub və işləyib.Tibb üzrə fəlsəfə doktorudur.Hazırda German Hospitalda mama ginekoloq kimi fəaliyyət göstərir.