sehiyye.info

Ərik, albalı, alma kimi meyvə qurdları necə meydana gələr?

Ərik, albalı, alma kimi meyvə qurdları necə meydana gələr?
Forması, şəkli nəcə olursa olsun, bunu qəti olaraq deyə bilərik ki, o canlını o meyvələrdə yaradan Allahdır. Onun bu yaratması, normal aşılama yolu ilə də ola bilər, Hz. Adəm (as) və Hz. İsa (ə.s.)-ın yaradılmasında olduğu kimi aşılamasız da ola bilər. Bildiyimiz kimi, Hz. Adəm aleyhissalam ilk insan olduğuna görə o bir ata və anadan yox, torpaqdan yaradılıb, Hz İsa aleyhissalam isə o səbəblərin biri olmadan yəni, atasız yaradılıb. Çünki, Allah hakim (hikmətli iş görən) adının təcəllisiylə işlərini ümumiyyətlə səbəblər pərdəsi altında etməklə yanaşı, bəzən də qüdrətinin bir təcəllisi olaraq səbəblər xaricindəki bir yolla da yaradır.

Kainatdakı heç bir canlı, təsadüf və özbaşınalığın nəticəsi deyildir. Bütün varlıqlar və bunların ortaya çıxması, inkişafı və fərqliləşməyi, tamamilə Allahın qüdrət, iradə və elminin əsəridir. Ancaq, varlıqların ortaya çıxmasında bir sıra səbəblər rol almaqdadır. Uşaq üçün, ana və ata bir səbəbdir. Alma meyvəsinin səbəbi də, alma ağacıdır.

Eyni şəkildə, meyvənin içindəki qurdların meydana gəlməsində də, bəzi səbəblər vəzifə almaqdadır. Bunların necə meydana gəldiyini bilməyən kəslər, bunların meyvənin özündən gəldiyini, ya da özbaşına ortaya çıxdığını zənn edirlər. Bu mövzuda ən çox insanı yanıldan albalı meyvəsindəki daxili qurdlardır. İlk baxışda, çöldən meyvənin içinə heç bir girişin olmadığı görünür. Elə isə meyvə daxili qurdu burada necə əmələ gəlmişdir?

İndi bunu anlamaq üçün albalı meyvəsinin ilk təşəkkülünə qayıdaq və inkişaf prosesini addım-addım təqib edək. Albalı meyvəsi, albalı çiçəyinin inkişafı və fərqliləşməsiylə meydana gəlir. İlk mərhələdə çiçəkdə dişi orqan sayılan və meyvəni verəcək olan eskiz, qaralama vardır. Eyni çiçəkdə, çiçək tozlarını daşıyan kişi orqanlar da mövcuddur. Çiçəkdəki orqanlar müəyyən bir yetkinliyə çatınca, çiçək tozları tərəfindən tozlanma olur və beləcə döllənən və meyvə eskizi deyilən yumurtalıq inkişafa başlayır. Hələ tac yarpaqları düşmədən bu mərhələdə, albalı daxili qurdu kəpənəyi tərəfindən, bu meyvə eskizinə, yəni çəyirdəklə zər arasına yumurta buraxılar. Bu yumurta, tədricən inkişaf edən meyvənin xarici qabığının içində qalar. Buraxılan yumurtadan qurd çıxar və meyvə ilə bəslənər. Hər albalı meyvəsində ancaq bir dənə meyvə daxili qurdu ola bilər. Bunun səbəbi də budur:

Döllənmiş meyvə eskizinə yumurtanı buraxan kəpənək, bu meyvə eskizinin ətrafını bir maye ilə suvayar və ya bir qoxu buraxır. Eynilə bir almanın ətrafının alma şəkəri tərəfindən qapadıldığı kimi. Bu səbəbdən, daha sonra bura gələn kəpənəklər, bu meyvəyə qurd buraxıldığını anlayar və ona yumurta buraxmazlar.

Hər meyvədəki daxili qurdun inkişafı və yumurta buraxılma dövrələri ilə bu yumurtaları buraxan canlılar fərqlənir. Məsələn, almanın daxili qurd yumurtaları, ümumiyyətlə alma meyvəsi fındıq böyüklüyünə çatınca buraxılır. Meyvələrin cinsinə görə yumurta adətən ağcaqanadın yumurta xortumuyla meyvənin içinə buraxılır. Bu xortumun açdığı dəlik, tədricən meyvənin inkişafı əsnasında bağlanılmaqdadır. Biz də, o qurdun meyvənin içinə necə girdiyini təyin edə bilmirik. Zamanla meyvənin içində yumurtadan çıxan qurd, meyvənin içi ilə bəslənər və meyvənin daxili qurdu şəklini alar.

Nəticə olaraq; meyvə qurdları fərqli şəkillərdə inkişaf edir. Ancaq hamısında ortaq nöqtə, mütləq şəkildə bir canlının məhsulu olmalarıdır. Belə ki, kəpənək və ya ağcaqanadlar, yumurtalarını, birbaşa çiçəklərin inkişafı əsnasında buraxmaqda, ya da, müəyyən bir yetkinliyə çatmış meyvələrin içərisinə xortumlarıyla qoymaqdadırlar. Meyvənin içərisində bu yumurtalardan qurdlar çıxır və inkişaf edərək meyvənin daxili qurdunu hasil edir.



REKLAM