Ağciyərləri bu vəziyyətə gətirən virusla hələ qarşılaşmamışıq- OPERATİV QƏRARGAH

Xəbər verdiyimiz kimi hazırda Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.
Sehiyye.info xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov keçirilən brifinqdə iştirak edib. O mövcud vəziyyətlə bağlı öz fikirlərini bölüşüb:
"Kritikləşmiş, ağırlaşmış xəstələrimizlə məşğul olub, onları həyata döndərməyə çalışmışıq. Neçə aydır deyirik ki, COVİD-19 ağır xəstəlikdir. Ağciyərləri bu vəziyyətə gətiən virusla hələ qarşılaşmamışıq. Həyatın itirən xəstələrə görə üzgünük. Nəticələrimiz dünyanın inkişaf etdiyi ölkələri ilə eyni səviyyədə, hətta bəzi ölkələrdən daha yaxşıdır. Bütün dünyada reanimasiya xidmət bahalıdır. Tam sığorta ölkəsi olmamasına baxmayaraq, dövlətimizin tam dəstəyini hiss etmişik".//sonxeber