İnsan psixologiyası haqqında bilmədikləriniz
1. 6-7 saat yatan insanlar vaxtından tez ölümə daha çox məruz qalır, nəinki 8 saat yatan insanlar. 5 saatdan az yatan insanlarda 8- 9 saat yatan insanlardan fərqli olaraq gecələr üç dəfə çox psixi problem yaşanır.
2. Bir insan üçün ən xoş səs onun adının səslənməsidir. Kiminləsə tanış olduğunuz zaman çalışın onun adını yadda saxlayın. Vəzifəsini, ixtisasını deyil, adını yadda saxlayın. Bu yaxşı münasibətlərin qurulmasının əsas qaydasıdır.
3. Tez yatmaq üçün kürəyi üstünə uzanın. Gözlərinizi bağlayın və göz bəbəylərinizi yuxarı qaldırın. Bu yuxu zamanı gözlərin normal halıdır. Bu vəziyyətdə yatarkən insan tez, asan və bərk yatır.
4. Psixoloqlar qadınların tanımadığı kişiləri qiymətləndirmək üçün onlara 45 saniyə vaxt kifayət etidiyini bəyan edirlər. 10 saniyə ərzində qadın kişinin fiqurası, 8 saniyə ərzində gözləri, 7 saniyə ərzində saçları, 10 saniyə dodaqları və çənəsi, 5 saniyə ərzində çiyinləri barəsində təsəvvür qoyur. Son 5 saniyə isə qadın kişinin barmağında üzüyün olub olmamasına baxır.
5. Psixologiyanı bilmək həyatı çətinləşdirir, psixologiyanı tətbiq etmək isə həyatı asanlaşdırır.
6. Oksford universitetinin alimləri qayğılardan, narahatçılıqdan, stressdən qurtulmağın ən yaxşı vasitəsinin kitab oxumaq olduğunu deyirlər.
7. Bəzən qarşılıqsız sevgi əsl tutqunluğa və hətta psixi pozuntulara çevrilə bilər. Məsələn, Adelya sindromu. Adelya sindromu qarşılıqsız sevgi yaşayan insanların psixi halıdır.
8. Böyük idman yarışmaları zamanı sosial şəbəkələrdəki pylaşmaları təhlil edərək alimlər təyin ediblər ki, mübahisə edən insan nə qədər çox və «bərk» mübahisə edirsə, onun qalib gəlmək şansları bir o qədər artır. Digər sözlərlə, hətta əmin deyilsinizsə, özünüzə əmin şəkildə danışın.
9. Əgər bir insan nəyisə xatırlamaq istəyirsə, lakin sizin gözlərinizə baxmağa davam edirsə, əmin ola bilərsiniz, sizi aldadırlar.
10. Qadınlar partnyorları ilə üzbəüz oturarkən özlərini daha sevimli hesab edirlər. Kişilər isə, əksinə, işləyəndə və yaxud danışanda partnyoru ilə birgə oturduqda ünsiyyətdə emosional yaxınlıq hiss edirlər.