Bu meyvəni yeyin, təzyiqdən xilas olun
Həkimlər hipertoniya riskini azaldan ən yaxşı meyvəni müəyyənləşdiriblər.
Sehiyye.info report-a istinadən xəbər verir ki, quava meyvəsinin şirəsi təzyiqi sürətli şəkildə aşağı salır.
“Quava hipertoniyası olan insanlar üçün əla səhər yeməyidir. Bu meyvədə damarları genişləndirmə effekti verən böyük miqdarda C vitamini var”, - diyetoloq Sara Brüer bildirib.
Həkimlərin sözlərinə görə, quavadan gündəlik qidalanma təzyiqi 7,5-8,5 mm civə sütunu aşağı sala bilər.
Bundan başqa, quava zərərli xolesterin səviyyəsinin 7% azalmasına səbəb olur.
“Quava C vitamini, antioksidant və kaliumun ən yaxşı mənbəyidir. Səhər quava ilə qidalanın, meyvə salatlarına əlavə edin, şirəsini için. Meyvəni alarkən onun şirinləşdirilmədiyinə diqqət yetirin”, - S.Brüer əlavə edib.