sehiyye.info

Qatarda çılpaq kişi jurnalistə təcavüz etdi-FOTO

Qatarda çılpaq  kişi jurnalistə təcavüz etdi-FOTO

Marupol-Kiyev qatarında jurnalistə təcavüz olub. Orada bir qadını döyərək zorlamağa çalışıbılar.
Sehiyye.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, zərərçəkmiş Anastasiya Lugovaya özü bu barədə Facebookdakı videomüraciətində danışıb.
Xatırladırıq ki,Anastasiya Lugova tanınmış ukraynalı teleaparıcıdır.Təcavüz olunan vaxtı onun yanında azyaşlı uşağı da olub.

Aparıcının paylaşdığı məlumata görə, tanımadığı şəxs gecə saatlarında onun qaldığı kupeyə daxil olub və onu döyməyə başlayıb. Luqova oyandığında təcavüzkarın çılpaq olduğunu görüb.

Zərərçəkənin sözlərinə görə, naməlum şəxs ona cinsi təcavüz etməyə çalışıb. Bu zaman o qışqırıb. Səsinə azyaşlı oğlu oyanıb və o da qışqırmağa başlayıb. Təcavüzkar uşağı vurmağa çalışsa da, anası onu dayandırmağı bacarıb.

Daha sonra Luqova oğlunun heç nə görməməsi üçün təcavüzkarı kupedən çıxmağa inandırıb. Həmin şəxs razılaşıb və onu öz otağına aparıb. Lakin azyaşlı ucadan qışqırmağa başlayıb. Anası onu sakitləşdirmək üçün geri qayıdıb və uşağı götürərək mühafizəçinin yanına qaçıb.

Təcavüzkar şəxs həbs olunub. Daha sonra Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Müayinə zamanı aparıcının çənə sümüyünün qırıldığı aşkarlanıb.
Daxili İşlər Nazirinin müavini Anton Geraşchenkonun məlumatında, təcavüzkar Zaporojye'nin vətəndaşı Vitali Rudzko olduğu bildirildi. 45 yaşlı kişi artıq üç dəfə mühakimə olunub.Təcavüzkar üzrxahlıq etsə də onu ağır maddə ilə ittiham gözləyir.
Qatarda çılpaq  kişi jurnalistə təcavüz etdi-FOTO







Qatarda çılpaq  kişi jurnalistə təcavüz etdi-FOTO

Qatarda çılpaq  kişi jurnalistə təcavüz etdi-FOTO



REKLAM