SAÇ AĞARMASININ SƏBƏBİ
Yaşlanma əlaməti kimi bilinən saç ağarması insanlar tərəfindən sevilməyən haldır.
Sehiyye.info Saglamxeber.aza istinadən bu dəfə sizə saç ağarmasının səbəbini və onun qarşısını almaq üsullarını araşdırıb.
Saç rəngi saç köklərindəki pigment sayəsində olur. Zaman keçdikcə bu pigmentlərdə yaşlanır. Saç ağarması yalnız yaşlanma zamanı deyil digər səbəblərdən də baş verir. Məsələn yaşadığınız ani şoklar, qan azlığı, erkən yaşlanma sendromu, stres, B12 çatışmazlığı, hava kirliliyi, düzgün qidalanmama və genetik faktorlar da saç ağarmasına şərait yaradır.
Saç ağlarını bağlamaq üçün müxtəlif saç boyalarından istifadə edə bilərsiz lakin kimyəvi boyalar sizin sağlamlığınıza zərər verə bilər. Bunun üçün siz ev şəraitində təbii boya düzəldə bilərsiz.
1 litr suyun içinə 5 ədət qurudulmuş yaşıl qoz qabığı əlavə edib 5 dəqiqə qaynadın. Saçlarınızı hər gün bu su ilə saç diblərini masaj edərək yuyun. 21 gün sonra effektini görəcəksiz.