sehiyye.info

Azərbaycanda son sutkada 8 nəfər vəfat edib,622 nəfər sağalıb.

Azərbaycanda son sutkada 8 nəfər vəfat edib,622 nəfər sağalıb.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 817, ötən müddət ərzində isə ümumilikdə 708 632 test aparılıb.
Sehiyye.info xəbər verir ki,bu barədə Operativ Qərargah məlumat verib.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.




REKLAM