sehiyye.info

Buna da növbə çatdı - Şokolad ziyanlı imiş

Buna da növbə çatdı - Şokolad ziyanlı imiş
Antidepressant və sedativ dərmanı qəbul edən ruslara kakao, şokolad, qırmızı şərab və sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərən digər məhsullardan müvəqqəti imtina etmək tövsiyə edilib.

Antidepressant və sedativ dərmanı qəbul edən insanlara kakao, şokolad, qırmızı şərab və sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərən digər məhsullardan müvəqqəti imtina etmək tövsiyə edilib.


Sehiyye.info Sputnikə istinadla xəbər verir ki, bu barədə Seçenov Universitetinin Tareyev adına 3 nömrəli klinik xəstəxanasının revmatologiya, daxili və peşə xəstəlikləri klinikasının həkim-terapevti Vladimir Beketov məlumat verib.

Beketov bildirib ki, şokoladın tərkibində çox miqdarda kalium və yağ olduğu üçün sinir sistemini ayıldır. Həkim həmçinin avokado, banan, pendir, soya və hisə verilmiş məhsullardan uzaq durmağı tövsiyə edib.

“Bu məhsullarda tiramin var, bu da hərəkətsiz bir şəkildə bədəndə yığılır və yüksək təzyiqə, şiddətli baş ağrılarına səbəb ola bilər" - o deyib.

Həkim qeyd edib ki, ümumiyyətlə şokolad dərmanların təsirini artırmır. Məhsulu kiçik dozalarda (gündə 20-40 qrama qədər) istifadə edirsinizsə, o zaman faydalıdır.

"Ancaq bol miqdarda şokolad yemək podaqra xəstəliyinin yaranmasına səbəb olmaqla yanaşı, sidik turşusunu artırır, karbohidrat mübadiləsinə mənfi təsir göstərir və həzm sistemini həddindən artıq yükləyir" deyə Beketov əlavə edib.




REKLAM