Hərirçidən korona haqda şok: Hər gün 200 nəfər öləcək
COVİD-19-a yoluxanların və xəstəxanalara yerləşdirilənlərin sayı azalmasa, biz ölkədə hər gün ən azı 200 ölüm halının şahidi olacağıq.
Sehiyye.info xəbər verir ki, bu sözləri İran səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib.
“Nə qədər ki, koronavirusa yoluxma artan templə davam edir, biz iki-üç həftədən sonra xəstəlikdən ölənlərin sayının yenə artacağının şahidi olacağıq. Belə ki, infeksiyaya yoluxma səbəbilə xəstəxanalara yerləşdirilənlərin 5, yaxud 10%-i xəstəlikdən vəfat edəcək”, - o bildirib.//Axar.az