sehiyye.info

Mədəmizi nələrlə doldurmalıyıq?

Mədəmizi nələrlə doldurmalıyıq?
Atıştırmalıq qidalar bizi həm kökəldir, həm də mədəmizi bir sıra xəstəliklərlə üz-üzə qoyur.

Sehiyye.info xəbər verir ki,həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu ARB TV-də apardığı "Tibbnamə" verlişində dietoloq Lalə Cəfərli ilə bu mövzunu müzakirə edib.

Onlar mədəni səhv şəkildə "doldurmağın" fəsadlarını əyani şəkildə göstəriblər.

Göründüyü kimi, tərəvəzlərlə (faydalı qidalarla) doldurduqları qab daha tez dolur, yəni az kalorili tərəvəzlər aclıq hissini daha tez "öldürür". Lakin şokolad kimi karbohidratlarla doldurulan qab yarıya kimi boş qalır, yəni daha çox kalorili şirniyyatlar insanı doydurmur.

Həmçinin, dietoloqun sözlərinə əsasən, tərəvəzlərin mədədə həzmi daha uzun müddət çəkir, yeməkdən 20 dəqiqə sonra beyinə mədənin "dolduğu" barədə siqnallar gedir. Lakin karbohidratlar tez qana sovrulur, qanda insulin artır və biz yenə yemək istəyirik.

Bir sözlə, "atışdırmalar" insanın çox yeməsinə, lazımsız kalorilər yığmasına səbəb olduğu üçün kökəldir.

Oxuculara verilişin həmin hissəsini təqdim edirik://big.az



REKLAM