sehiyye.info

Ağcaqanadlar koronavirusu insanlar arasında yayır?

Ağcaqanadlar koronavirusu insanlar arasında yayır?
ABŞ alimlərinin apardığı araşdırma görə, koronavirusun ağcaqanadlar vasitəsi ilə yayıla bilmədiyi təsdiqlənib.

Sehiyye.info xəbər verir ki, ABŞ-ın Kanzas Universitetinin Biotəhlükəsizlik Araşdırma İnstitutunun direktoru Stiven Hiqqslə həmkarlarının apardığı və “Scientific Reports” dərgisində dərc edilən araşdırmaya əsasən virusun “Aedes aegypti”, “Aedes albopictus” və “Culex quinquefasciatus” adlı 3 geniş yayılmış ağcaqanad növündə çoxalmadığı, yəni virusu insanlara yoluxdura bilmədiyi məlum olub.

İnstitutda insanlardan heyvanlara ötürülən digər heyvan patogenləri üzərində də tədqiqatlar aparılır.//Axar.az



REKLAM