sehiyye.info

“Nar” bu həkimlərə rabitə dəstəyini davam etdirir

“Nar” bu həkimlərə rabitə dəstəyini davam etdirir
Koronavirus (COVID-19) infeksiyası ölkəmizdə yayılmağa başladığı andan dövlətin virusla mübarizəsində aktiv iştirak edən “Nar” həkimlərə növbəti dəfə dəstək olub.

Sehiyye/info xəbər verir ki, mobil operator virusa yoluxmuş insanların müalicəsi üçün çalışan və koronavirusun yayılmasının qarşısının alınmasın üçün əlindən gələni edən tibb personalını yenidən pulsuz rabitə ilə təmin edib. “Nar” Səhiyyə Nazirliyi ilə bərabər koronavirusla mübarizəyə qoşulmuş bir sıra xəstəxanaların və poliklinikaların həkimlərinin “Nar” nömrələrinin balansını artırıb. Məqsəd həkimlərin COVID-19 infeksiyasına yoluxmuş şəxslərlə mütəmadi ünsiyyətdə olmalarını təmin etməkdir.

Xatırladaq ki, mobil operator bundan əvvəl də koronavirusun yayılmasının qarşısını almağa çalışan tibb personalını, o cümlədən xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin etmişdi. “Nar” TƏBİB ilə birgə karantin xəstəxanalarına və tibb mərkəzlərinə 50 AZN dəyərində “Nar” ödəmə kartları paylayıb.

Qeyd edək ki, “Nar” koronavirus COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə bir sıra mühüm sosial layihələrdə aktiv iştirak etməkdədir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən çox baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.//Axar.az



REKLAM