sehiyye.info

Bud-çanaq oynağı Artrozu nədir.

Bud-çanaq oynağı Artrozu nədir.

Bud-çanaq oynağı xəstəlikləri arsında ən çox təsadüf olunanı artrozdur.Artroz(duzlaşma) oynaq qığırdağının yeyilməsi deməkdir və buna bağlı olaraq oynaq və ətrafda dəyişikliklər baş verir.Xəstəliyin əsas əlamətləri qasıq nahiyyəsində ağrı və hərəkət azlığıdır.Ağrılar getdikcə artır və dizə də yayılır.Ayağın qısalması və bayra dönməsidə vacib kliniki əlamətdir.Bud-çanaq oynağı artrozlari ağırlıq dərəcəsinə görə 4 dərəcəyə ayrılır.I və II dərəcələr konservativ yəni dərmanla müalicə oluna bilər.Amma III və IV dərəcəli artrozlara çox vaxt cərrahi müalicə lazım olur.Əlbətdə ən effektli müalicə xəstəliyin profilaktikasıdır.
Bəs artrozları nece profilaktika edək?
Sehiyye.info travnatoloq ortoped həkimin fikirlərini sizə təqdim edir.
Bu suala cavab günümüzdə çox insanları maraqlandırır.İnsanlar yaşlaşdıqca onların orqanizmində ,sümüklərində sökülmə prosesləri yaranma prosesini üstələyir.Bu təbii prosesdir.Amma bu prosesi sürətləndirən xarici və daxili amillər var.Ən çox rast gəlinən xarici amillər qidalanma və həyat tərzidir.Gündəlik qida rasiyonunda insana lazım olan elementlər və digər üzvi birləşmələr kifayət qədər olmalıdır.Çox az insan təbii və tam dəyərli qidalar istifadə edir.İkinci vacib amil həyat tərzidir.Əksər insanlar gün ərzində az hərəkətlidir.Hər yerdə texnikanin köməyindən istifadə olunur.Məhz bunlarda birbaşa dayaq-hərəkət sistemlərinin erkən xəstəliklərinə səbəb olur.Bud-çanaq oynağı üçün ən vacib idman velosiped sürməkdir.Oynaqda yük vermədən hərəkət oynaq problemlərinin əsas həllidir.
Bud-çanaq oynağı artrozunun hansı cərrahi müalicələri var?
Son illərdə bud-çanaq oynaqlarının artrozları ölkəmizdə uğurla müalicə olunur.Cərrahi müalicə olaraq total endoprotezləşməni misal göstərmə olar.Bu əməliyyatdan sonra pasiyentlər özlərini tam sağalmış hiss edirlər.Əməliyyat bir növ rekonstruktiv əməliyyatdır.Oynağın yeyilmiş qığırdağı xüsusi qayda ilə kəsilib götürülür.Onun yerinə yüksək kefiyyətli materialdan hazırlanmış süni oynaq qoyulur.Bu əməliyyatdan sonra pasiyent tam ağrısız və axsamadan gəzir.Əməliyyat olunmuş xəstə sağlam adamdan zahirən heç nə ilə fərqlənmir.Əməliyyat olunmuş xəstəni yalnız rentgen edib bilmək olar.(travnatoloq ortoped məsləhəti)



REKLAM