sehiyye.info

Nazirlik rəsmisindən Oqtay Şirəliyevin vəziyyəti ilə bağlı AÇIQLAMA

Nazirlik rəsmisindən Oqtay Şirəliyevin vəziyyəti ilə bağlı AÇIQLAMA
“Oqtay Şirəliyevin vəziyyətində heç bir problem yoxdur”.

Sehiyye.infonun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, nazir bir neçə dəfə mətbuata açıqlamalar da verib:

“Səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsinin başındadır və koronavirusla mübarizədə aktiv iştirak edir. Düşünmürəm ki, Səhiyyə Nazirliyinin nümayəndələri media qarşısına çıxmır. İstər Səhiyyə naziri, istərsə digər nümayəndələr brifinqlərə, televiziyalara çıxaraq, sualları cavablandırır”.//Oxu.az



REKLAM