ATU-nun şöbə müdiri koronavirusa yoluxdu - vəziyyəti ağırdır
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev koronavirusa yoluxub.
Sehiyye.info xəbər verir ki, bu barədə jurnalist Fərəh Sabirqızı məlumat yayıb.
Məlumata görə, 3 gün ərzində virus proqress edib, Paşayevin ciyərinin əksəriyyəti zədələnib: "Facebook"dan insanlara yalvarırdı ki, qorunmaq lazımdır. Praktikasını bölüşürdü. Vaxt tapan kimi də ayrı xəstəxanalarda həkim dostlarına köməyə gedirmiş. İndi özü yoluxub. Neçə gün öz reanimasiya şöbəsində qalıb. 3 günün içində virus proqress edib, ciyərinin əksəriyyəti zədələnib. Vəziyyəti pisdir".//Yeniavaz