Koronavirus "gündəliyimiz": 537 yeni yoluxma, 7 nəfər vəfat edib
İndiyədək ölkədə ümumilikdə 21 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 537 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.//Sputnik