sehiyye.info

"Bu halda "buzlu şüşə" sindromu aşkarlanmır" - TƏBİB sədri

"Bu halda "buzlu şüşə" sindromu aşkarlanmır" - TƏBİB sədri
Xəstəliyin daha yuxarı tənəffüs yollarında olduğu zaman "buzlu şüşə" sindromu aşkarlanmır.

Sehiyye.info xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Xəstənin ağciyərlərində "buzlu şüşə" sindromu ağırlaşma zamanı baş verir. Bu isə xəstənin həkimə gec müraciət etməsi səbəbilə baş verir. PSR testlər yalnız yuxarı tənəffüs yollarında virusu aşkarlayır".

O qeyd edib ki, ekspres testlərin ölkəmizə gətirilməsi planlaşdırılmır: "Hazırda dünya üzrə PSR testlərin tətbiqi tövsiyə olunur. Biz seroloji testlər də tətbiq edirik ki, bu testlər xəstənin daha əvvəl virusa yoluxduğunu aşkar edir".//Teleqraf



REKLAM