sehiyye.info

Koronavirusu məhv edən robot ixtira edildi - Cəmi yarım saat

Koronavirusu məhv edən robot ixtira edildi - Cəmi yarım saat
Bəhreynli alimlər koronavirusu məhv edə biləcək robot yaradıb.

Sehiyye.info “Daily Mail”ə istinadən xəbər verir ki, COVID-19-dan əlavə olaraq, ixtira otaqdakı digər mikroorqanizmləri “öldürməyə” qadirdir.

Robotun 12 dildə danışacağı, bədən istiliyini ölçəcəyi, səs əmrlərinə cavab verə biləcəyi, hətta üz tanıma texnologiyasından istifadə edəcəyi bildirilir.

Virus robotdan yayılan qısadalğalı ultrabənövşəyi radiasiyadan təsirlənir. Cəmi yarım saat ərzində bütün mikroorqanizmlərin 90%-ni “öldürə” bilir, membranını məhv edir və DNT-nin parçalanmasına səbəb olur.

Şərqi İngiltərə Universitetinin professoru Pol Hunterin sözlərinə görə, ultrabənövşəyi işığın viruslarla effektiv mübarizə aparması artıq yeni xəbər deyil. Onun istifadəsi, məsələn, içməli suyun dezinfeksiya edilməsində də geniş istifadə olunur.

Hazırda alimlər robotu sənaye şəraitində sınaqdan keçirirlər. Artıq iki nümunənin sərbəst buraxıldığı və Bəhreyndəki tibb müəssisələrində çalışdığı qeyd olunur.Publika.az



REKLAM