Yeməkdən sonra çayın faydası var?
Yeməklərdən sonra isti çay içərək özümüz də bilmədən orqanizmə fayda vermiş oluruq.
Sehiyye.info xəbər verir ki,bunu beyin və sinir xəstəlikləri uzmanı Mehmet Yavuz bildirib. Nevroloq deyib ki, yeməkdən sonra isti çay əslində orqanizm üçün təsirli bir aktivlikdir. Onun sözlərinə görə, orqanizmin cavan və dinamik qalması, gec yaşlanması üçün damar divarlarının sağlam olması çox önəmlidir. Çünki hüceyrələr üçün lazım olan oksigen və qidalı maddələr bütün bədənə damarlar sayəsində çatır. Damarlar sağlam olduğu müddətdə toxumaların qidalanması qüsursuz sayılır və orqanizm bir o qədər sağlam və uzun ömürlü olur.
Yeməkdən sonra içilən isti çay və ya su isə insanı infarkt, beyin-damar xəstəliklərindən qoruyur. Belə ki, isti çay, mədə və bağırsaqlarda yağların tam əridilməsinə, damar divarlarına yapışmadan toxumalara daşınmasına yardımçı olur. Əksinə yeməkdən sonra içilən soyuq içkilər damar tıxanıqlığına yol açır.
Həkim bildirib ki, yemək yeyilərkən su içmək də ziyanlı deyil. Amma yeməkdən sonra su, qazlı içki və ya ayran kimi soyuq mayelər damar xəstəliklərinə yol açır: “Yeməkdən sonra soyuq içki içmək sizi rahatlada bilər, amma içdiyiniz soyuq su qatılaşaraq yağlı maddə halına gəlir, çətin həzm olunur. Həzm sisiteminin sağlam çalışması üçün isti mühitə erhtiyac var”.
O, yatmazdan öncə isti içki içməyin də çox faydalı olduğunu deyib. Həkim onu da bildirib ki, yaşıl çayda olan antioksidantlar və flavnoid maddəsi alzheimer xəstəliyinə (yaddaşsızlıq) səbəb olan beta amiloid çokməsini azaldır. Həm qara, həm də yaşıl çay alzheimer xəstəliyinin yaranmasında rol oynayan fermentin aktivləşməsinin qarşısını alır.//e-tibb.az