sehiyye.info

CRISPR kök hüceyrələri görünməz etdi

CRISPR kök hüceyrələri görünməz etdi
Elm insanları hazırladıqları yeni üsul sayəsində, immun sisteminin nəql əsnasında kök hüceyrəni rədd etməsinin qabağını alacaq.

Sehiyye.info deyerler.org-a istinadən bildirir ki, Kaliforniya Universitetinin alimləri, nəql əsnasında bədənin kök hüceyrəni rədd edilməsi ehtimalını ən aza endirəcək yeni bir metod ixtira etdi. Elm insanları CRISPR gen tənzimləmə texnikasını istifadə edərək immun sisteminə görünməz hala gələn kök hüceyrə yaratdı.

Nəql edilən kök hüceyrələr, insan bədəni tərəfindən bilinməyən və potensial olaraq təhlükəli xarici orqanizm olaraq görüldüyündən, immunitet tərəfindən müəyyən edilir və bu da nəqlin rədd edilməsinə səbəb ola bilir. İmmun sisteminin bu davranışını əngəlləyən dərmanlar var, lakin bu dərmanlar xəstəni digər xəstəliklərə qarşı qorumasız hala salır. Araşdırmaçılar tərəfindən yaradılmış kök hüceyrələr, bu problemə potensial bir həll gətirir.

Yeni üsul, olduqca güclü CRISPR texnologiyası istifadə edilərək tamamlandı.



REKLAM