sehiyye.info

Bakıda COVİD-19-a yoluxmada Yasamal yenidən birinci yerdədir - FOTO

Bakıda COVİD-19-a yoluxmada Yasamal yenidən birinci yerdədir - FOTO
Azərbaycanda COVİD-19-a ən çox yoluxanların 50,2 faizi Bakıdadır. Paytaxtda isə ümumi yoluxanlar arasında ən çox xəstə yenidən Yasamal rayonunda qeydə alınıb.



Sehiyye.info koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ötən həftə Sabunçu rayonu 12,8 faizlə birinci yerdə qərarlaşsa da, hazırda Yasamal rayonu 12,7 faizlə ümumi yoluxanların sayında üstünlük təşkil edir.



İkinci yerdə 12,2 faizlə Xətai, üçüncü yerdə 12,1 faizlə Binəqədi rayonudur. Sonrakı yerlərdə 12 faizlə Sabunçu, 10,7 faizlə Nəsimi, 9,6 faizlə Suraxanı, 8,8 faizlə Nərimanov, 7,3 faizlə Nizami, 6,6 faizlə Qaradağ, 4,4 faizlə Xəzər, 3,2 faizlə Səbail, 0,3 faizlə Pirallahıdır.

Bakıda COVİD-19-a yoluxmada Yasamal yenidən birinci yerdədir - FOTO



REKLAM