sehiyye.info

SON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI

SON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI
Azərbaycan Respublikasında 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 273.411 test aparılıb.



REKLAM