Mingəçevirdəki qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA: Vəziyyəti ağır olanlar var
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mingəçevirdə 13 nəfərin xəsarət alması xəbəri ilə bağlı açıqlama verib.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva açıqlamasında bildirib ki, Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 13 nəfər xəsarət alıb:
“Üç nəfər böyük, 10 nəfəri uşaqdır. Hazırda dörd uşaq xəstəxanadadır. İkisinin vəziyyəti ağırdır. Kəllə-beyin travması keçirib. Digər ikisinin vəziyyəti isə orta ağırdır”.
O qeyd edib ki, digər uşaqlara böyüklərlə birlikdə ambulator yardım göstərilərək evə buraxılıb.Oxu/az