Dörd həkimimizi koronavirus məhv etdi
"Həftə tam başa çatmadığından yoluxma hallarının çoxluğunu müşahidə edirik. Bununla belə sağalanların artım dinamikası var"
Azərbaycanın bölgələrində 681 tibb işçisi koronavirusa yoluxub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.
O deyib ki, bu, ümumi yoluxmanın 18 faizini təşkil edir: "Onların əksəriyyəti kiçik və orta tibb işçiləridir. Ümumilikdə 537 nəfər sağalıb, 4 nəfər həkim vəfat edib".
R.Bayramlı deyib ki, ötən həftə ölkədə 755 nəfər koronavirusa yoluxub: "Bu da o deməkdir ki, həmin zaman pik hədd yaşanıb. Bu həftə isə 581 nəfər virusa yoluxub. Həftə tam başa çatmadığından yoluxma hallarının çoxluğunu müşahidə edirik. Bununla belə sağalanların artım dinamikası var".Sputnik/az