Bu pendirlər XƏRÇƏNG YARADIR - Dietoloqdan ŞOK XƏBƏRDARLIQ
Avropa Alimlər İttifaqının mütəxəssisləri apardıqları uzun araşdırmalar nəticəsində müəyyən edib ki, kiflənmiş pendir qocalma prosesini ləngidir. Onların sözlərinə görə, bu pendirin tərkibində spermidin maddəsinin bolluğu hüceyrələrin toksindən təmizlənməsinə gətirib çıxarır. Nəticədə ürək əzələləri daha yaxşı işləyir və qan təzyiqi aşağı düşür.
Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, türkiyəli dietoloq Cansu Arslan isə üstü qırmızı, qara və bej rəngli kiflənmiş pendirin insan sağlamlığına ciddi fəsadlar verə biləcəyini, hətta xərçəngə səbəb ola biləcəyini iddia edib.
“Penisilinə qarşı allergiyası olanlar, təzyiq və böyrək problemi olan xəstələr, hamilələr, miqrendən əziyyət çəkənlər, xüsusilə kimyəvi müalicə alan xəstələr qırmızı, qara rəngli kifli pendirdən istifadə edə bilməz.
Pendir zülal-yağ dəyəri yüksək bir qidadır. Dünyada fransızların məşhur “Rokfor” pendiri, İngilislərin “Blue Cheese” pendiri, İtalyanların “Gorgonzola” pendiri qidalandırıcı kifli pendirdir. Kifli pendir növləri yaxşı şəraitdə istehsal edildiyi müddətdə heç bir problem yoxdur”.
Dietoloqun sözlərinə görə, gündə 30 qram (bir yumurta boyda) yüksək keyfiyyətdə hazırlanmış kifli pendir isə faydalıdır:
"Kifli pendir gigiyenik baxımdan təmiz südlərdən hazırlanmalı, yetişmə dövründə temperatur və rütubət səviyyəsi düzgün təyin edilməlidir. Yetkinləşmə mərhələsində pendir zirzəmilərdə, mağaralarda və ya gil qabda küldə basdırılmış şəkildə saxlanılır".